Nəsimi Məmmədli ilə gündəm müzakirəsi saat 16:00-da "Çətin sual"-da

Səhiyyə Nazirliyinin tabeliyindəki İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mülki müdafiə qərargahının rəisi Ədalət Verdiyev həbs edilib. Həm də ehtiyatda olan zabit olaraq, hərbi ekspert kimi fəaliyyət göstərən Ədalət Verdiyev dövlət sirri hesab edilən hərbi məlumatları yaymaqda ittiham olunur. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, noyabrın 22-də işğaldan azad olunmuş ərazilərə media nümayəndələrinin səfəri təşkil edilib və orada hərbi-ekspert qismində Ədalət Verdiyev də iştirak edib. Onun həmin səfər zamanı Silahlı Qüvvələrin döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini videoya çəkib, sonra həmin kadrları özünün sosial şəbəkə hesabında yaydığı iddia edilir.

Bir neçə gün əvvəl İstanbulda 70 kiloqram qızılla tutulduğu iddia olunan Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin hərbi attaşesi Qəhrəman Məmmədov Bakıya gətirilərək barəsində cinayət işi başlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 12.1 206.3.2, 206.3.3 (Azərbaycandan kənarda törədilməklə, bir qrup şəxs tərəfindən və qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 341.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittihamlar irəli sürülüb. Onun işi Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində araşdırılır.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisin noyabrın 25-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, quru sərhədlərin açılması 100 minlərlə qeyri-azərbaycanlı qaçqının ölkəyə axını ilə nəticələnə bilər.

Siyasi şərhçi Nəsimi Məmmədli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

 

Leave a review

Difficult question

Follow us on social networks

News Line