Rusiya Prezidenti Vladimir Putin bazar günü Bakıya iki günlük dövlət səfərinə gəlib.

Rusiya liderinin Bakı səfərinin planları barədə Kreml də məlumat yayıb.Bildirilir ki, Putinin əsas rəsmi və işgüzar tədbirləri avqustun 19-na təyin edilib:

“O, Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini, beynəlxalq və regional gündəlikdəki aktual məsələləri müzakirə edəcək”.

Putinin Bakıya səfəri Ukrayna mediasında da birmənalı qarşılanmayıb.

V.Putinin Azərbaycana sonuncu səfəri 2018-ci ilin sentyabrında baş tutmuşdu.

Putinin səfərinin məqsədləri barədə siyasi şərhçi Nəsimi Məmmədli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.

 

Leave a review

Difficult question

Follow us on social networks

News Line