Последнее обновление

(41 минуту назад)
İran Zəngəzur dəhlizinə görə Rusiyaya qarşı çıxır? – Elxan Şahinoğlu saat 16:00-da Çətin sualda

İran Rusiyanı Azərbaycanın Ermənistan üzərindən Zəngəzur nəqliyyat dəhlizini açmaqla Naxçıvan anklavına maneəsiz çıxış əldə etmək tələbini dəstəklədiyinə görə tənqid edib.

Bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sentyabrın 2-də yaydığı açıqlamada vurğulanır.

Bildirilir ki, Rusiyanın bu dəstəyi İranın Ermənistana birbaşa çıxışını faktiki kəsəcək.

İranın Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunur ki, bu məsələ ilə bağlı Rusiyanın Tehrandakı səfiri ilə İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi və nazir köməkçisi Müctəba Dəmirçilu arasında görüş keçirilib.

Görüşdə İranın “Qafqazda istənilən geosiyasi dəyişikliyə” qarşı olduğu bildirilib.

Siyasi şərhçi Elxan Şahinoğlu Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

 

Написать отзыв

Сложный вопрос

Следите за нами в социальных сетях

Лента новостей