Trampın hakimiyyəti ABŞ-nin Azərbaycan siyasətini dəyişəcəkmi? – Rauf Mirqədirov saat 16:00-da Çətin sualda
Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsi iki ölkə arasındakı münasibətlərə necə təsir edəcək? Azərbaycandakı insan haqları, demokratiya məsələləri ABŞ siyasətində hansı yeri tutacaq?
Siyasi şərhçi Rauf Mirqədirov Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.
-
- İqtisadiyyat
- 7 Noyabr 2024 15:14
Çətin sual
-
ABŞ-də keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb. İlkin nəticələrə görə keçmiş prezident Donald Tramp irəlidədir. Tramp özü də ABŞ-də keçirilən prezident seçkilərində qalib gəldiyini bəyan edib.
-
Bu gün ABŞ-də prezident seçkiləri keçirilir. Prezidentlik uğrunda hazırkı vitse-prezident Kamala Harris və keçmiş prezident Donald Tramp mübarizə aparır. İyulun 21-də Demokrat Partiyasının 2024-cü il ABŞ prezidentliyinə namizədi, hazırki prezident Co Bayden yarışdan geri çəkiləcəyini və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyəcəyini açıqladı. Donald Tramp isə bu seçkidə respublikaçıları təmsil edir.
-
Seçki Məcəlləsinə görə, bələdiyyələrin səlahiyyət müddəti 5 ildir, bu ilin dekabr ayının 23-də Azərbaycanda bələdiyyələrin səlahiyyət müddəti başa çatacaq. Səsvermə Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçkilərə 60 gün qalmış elan edilməlidir. Ancaq artıq seçkilərə 52 gün qalsa da, Mərkəz Seçki Komissiyası (MSK) hər hansı açıqlama yaymayıb.
-
Son günlər xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitləri Azərbaycana qaytarılmadığına görə bir neçə cinayət işləri başlayıb.
Rəy yaz