Последнее обновление

(28 минут назад)
Həbsxanada aclıq edən Fazil Qasımov və Famil Xəlilovdan nə xəbər var? – Rüfət Səfərov saat 16:00-da Çətin sualda

İstanbul Universitetinin doktorantı, 2023-cü ilin avqustunda Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən alim Fazil Qasımovun həbsdə 87-ci gündür ki, aclıq etdiyi bildirilir. 3 aydır davam edən aclıq nəticəsində Fazil Qasımovun çəkisi 37 kiloqrama düşüb.

Həbsdə olan alimin durumunun ağır olduğunu vəkili Rövşanə Rəhimli təsdiqləyib. Vəkil bildirib ki, Fazil Qasımov artıq yeriyə bilmir:

“Artıq əlil arabasından istifadə etmək məcburiyyətindədir”.

Narkotiklərin dövriyyəsində ittiham olunaraq həbs edilən ictimai fəal Famil Xəlilov isə 26 gündür aclıq edir. Famil Xəlilov serebral iflic diaqnozu ilə doğulub, I qrup əlildir. 

Hüquq müdafiəçisi, “Müdafiə xətti” hüquq müdafiə təşkilatının rəhbəri Rüfət Səfərov Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

 

Написать отзыв

Сложный вопрос

Следите за нами в социальных сетях

Лента новостей