Sülh müqaviləsindən kim yayınır: Ermənistan, yoxsa Azərbaycan? – Elxan Şahinoğlu saat 16:00-da Çətin sualda

Ermənistan qarşıdan gələn dörd həftə ərzində Azərbaycanla sülh müqaviləsinin müddəalarını imzalamağa ümid edir.

Ermənistan Prezidenti Vahaqn Xaçatryan Reuters agentliyinə deyib ki, Yerevan artıq Bakı ilə razılaşdırılmış 16 maddəni Azərbaycan paytaxtında noyabrın 11-22-də keçiriləcək BMT iqlim konfransınadək imzalamaq istərdi.

O Hamburqda keçirilən Dayanıqlıq Konfransı əsnasında deyib:

"Bizə qalsaydı, biz bunu elə indi, bugün imzalardıq. Amma biz ümid edirik ki, gec-tez həmin məqama çatacağıq”.

Ötən həftə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşavada çıxış edərkən iddia etmişdi ki, Azərbaycanın Ermənistanla sülh sazişi imzalamaq üçün “siyasi iradəsi” yoxdur və ola bilər ki, ona qarşı əlavə hərbi əməliyyatlar planlaşdırır.

“Bəzi səbəblərdən, müəyyən hesablamalara görə, onlar hər dəfə yeni ilkin şərtlər irəli sürürlər və biz görürük ki, Bakı  sadəcə olaraq sənədi imzalamaq istəmir… Biz Azərbaycan tərəfdən siyasi iradə görmürük”.

Ararat Mirzoyan eyni zamanda bildirib ki, Azərbaycanın Ermənistan əraziləri ilə bağlı əlavə hərbi planlarının olması ilə bağlı ciddi narahatlıqlar var:

“Bir misal gətirə bilərəm. Hazırda Azərbaycan Ermənistanın ərazisi olan “Qərbi Azərbaycan” terminindən istifadə edir. Bizi əmin edirlər ki, bu, ərazi iddiası deyil, amma təəssüf ki, təəssürat tamam başqadır”.

Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat idarəsinin rəisi Ayxan Hacızadə Ararat Mirzoyanın söylədiklərini qəbul etməyib:

“Mirzoyan Varşava Forumunda Azərbaycana qarşı həqiqətəuyğun olmayan fikirlər səsləndirib”.

Varşava Forumunun anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəldiyini deyən Hacızadə əlavə edib ki, Ermənistan XİN rəhbəri forum çərçivəsində çıxışı zamanı dezinformasiya və manipulyasiya aparmaqla məşğul olub.

Siyasi şərhçi Elxan Şahinoğlu Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

 

Leave a review

Difficult question

Follow us on social networks

News Line