AŞPA Azərbaycanla bağlı hansı tədbirlər görməyi planlaşdırır? – Samir Kazımlı saat 16:00-da Çətin sualda

Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının gündəliyinə Azərbaycanda insan hüquqlarının vəziyyəti məsələsinin salındığı bildirilir.

Sessiyanın ilk günü, sentyabrın 30-dakı gündəliyə “”Azərbaycanda insan hüquqları, qanunun aliliyi və demokratiya ilə bağlı vəziyyətin pisləşməsi” təcili prosedur debatı” daxil edilib.

Sentyabrın 13-də Avropa Şurasındakı mənbələrinə istinadən məlumat yayan “Turan” yazır ki, əgər gündəlik təsdiqlənsə, oktyabrın 3-də mövzu üzrə müzakirələr başlayacaq:

“Müzakirələrin yekunlarına görə Avropa Şurası Nazirlər Komitəsinin təşkilat qarşısında öhdəliklərini yerinə yetirməməsinə görə Azərbaycana qarşı görüləcək tədbirlər haqqında tövsiyələri qəbul ediləcək”.

Hüquq müdafiəçisi Samir Kazımlı Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

 

Leave a review

Difficult question

Follow us on social networks

News Line