Azərbaycan hansı təhlükələrdən ehtiyyat edir; xarici müdaxilə, hibrid təhdid, sistemsiz müxalifət? – Nəsimi Məmmədli saat 16:00-da Çətin sualda
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası yaradılıb. Bu barədə qərar sentyabrın 30-da parlamentin iclasında qəbul edilib. Komissiyanın sədri deputat Ramid Namazov təyin edilib.
Komissiya xarici müdaxilələr və hibrid təhdidlər ilə bağlı hallara dair hesabatlar və həmin müdaxilələrin qarşını alması üçün təkliflər hazırlayacaq.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin oktyabrın 2-3-də Bakıda səfərdə olub. O, keçirdiyi görüşlərdə beynəlxalq vəziyyəti, iki ölkənin xüsusi xidmət orqanları arasında qarşılıqlı əməkdaşlığın istiqamətlərini müzakirə edib.
Rusiya mənbələrinin yazdığına görə, S.Narışkin jurnalistlərlə söhbətində deyib ki, Azərbaycan və Rusiyanın xüsusi xidmətləri bu yaxınlarda ABŞ tərəfindən Rusiya diplomatına "provokativ təhdid"in qarşısını alıblar. O, həmin insident haqda detallı danışmayıb.
Rusiya rəsmisi Moskva və Bakının üzləşdiyi çoxsaylı təhdidlər sırasında beynəlxalq terrorçuluğu, qeyri-leqal miqrasiyanı, silah və narkotiklərin qanunsuz dövriyyəsini, bəzi dövlət strukturları və qeyri-hökumət təşkilatlarının təxribatçı fəaliyyətini sadalayıb, onların Rusiya və Azərbaycanın daxili siyasətinə təsir göstərməyə çalışdığını deyib.
Azərbaycan rəsmiləri ilə görüşdə qeyd olunub ki, indiki şəraitdə kəşfiyyat və əks-kəşfiyyatın əsas vəzifələrindən biri xaricdə anti-Rusiya və anti-Azərbaycan xarakterli təxribatçı aksiyaları vaxtında aşkarlamaq və önləməkdir. "Xarici xüsusi xidmətlərin, Rusiya və Azərbaycan ərazilərində ictimai-siyasi sabitsizlik yaratmaq məqsədilə sistemsiz müxalifətdən və beynəlxalq terrorçu təşkilatlardan istifadəsinə qarşı birgə səyləri gücləndirməyin vacibliyi qeyd edilib".
Siyasi şərhçi Nəsimi Məmmədli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.
Сложный вопрос
-
Британский политолог Томас де Ваал в интервью программе «Сложный вопрос» прокомментировал трудности в переговорном процессе вокруг мирного соглашения и коснулся требования Азербайджана об исключении из конституции территориальных претензий Армении к Азербайджану.
-
Иран нанес ракетные удары по Израилю. 1 октября Армия обороны Израиля призвала граждан страны «сохранять бдительность и строго следовать указаниям командования». Сирены воздушной тревоги были включены по всему Израилю, а воздушное пространство над страной было закрыто. По данным Jerusalem Post , по Израилю было выпущено около 500 ракет.
-
Убийство лидера «Хезболлы» шейха Хасана Насраллы вызвало глубокий шок в регионе, особенно в Иране. Иранские власти заявили, что отреагируют быстро и жестко.
-
23 сентября президент Ильхам Алиев на первой сессии Милли Меджлиса VII созыва заявил, что зарубежные круги, неспособные смириться с победой Азербайджана во Второй Карабахской войне, готовят новые планы. Глава государства также подчеркнул, что против Азербайджана продолжаются идеологические диверсии.
Написать отзыв