Последнее обновление

(25 минут назад)
Müdafiə Nazirliyində nə baş verir? Ordu komandirləri niyə işdən çıxarılır? – Üzeyir Cəfərov saat 16:00-da Çətin sualda

Oktyabrın 7-də Azərbaycan Silahlı Qüvvələrinin daha iki ordu korpusu komandirinin işdən çıxarıldığı məlum olub.

General-mayor Münasib Babayev 4-cü ordu korpusu (Bakı) komandiri, polkovnik Oruc Abdullayev isə 3-cü korpus (Şəmkir) komandiri vəzifəsindən azad edilib.

Ondan bir gün əvvəl isə Mayis Bərxudarov II ordu korpusu komandiri vəzifəsindən azad edilmişdi.

“Turan” agentliyinin yazdığına görə, kadr dəyişiklikləri müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı Hikmət Mirzəyevin təklifi ilə həyata keçirilib.

Oktyabrın 8-də isə Azərbaycan Prezidentinin sərəncamı ilə general-leytenant Namiq İslamzadə müdafiə nazirinin müavini, Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı təyin edilib.

2024-cü ilin mayında general-leytenant Ramiz Tahirov ehtiyata buraxıldıqdan sonra Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsinə təyinat olmamışdı.

Həmin vaxt Namiq İslamzadə Hərbi Hava Qüvvələri komandanı vəzifəsinin icraçısı təyin edilmişdi.

Hərbi ekspert Üzeyir Cəfərov Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

 

Написать отзыв

Сложный вопрос

Следите за нами в социальных сетях

Лента новостей